Renat Dadaşov Portuqaliya klubundan qovuldu

15:21 - 1 Yanvar 2020

Portuqaliyanın "Pasuş de Ferreyra" klubu Azərbaycan millisinin üzvü Renat Dadaşovla yolları ayırıb.

 

Sportal.az "Mais Futbol"a istinadən xəbər verir ki, 20 yaşlı forvard müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"a qayıdıb.

 

"Pasuş de Ferreyra" icarəyə götürdüyü hücumçunu fayda vermədiyi üçün 6 ay öncə göndərməyə qərar verib.

 

Raul Ximenes, Dioqu Yota, Patrik Kutrone, Pedru Netu kimi hücumçuları olan "Vulverhempton" Dadaşovu icarəyə verəcək.

Xəbər xətti