Gürcüstanın "Samtredia" klubu azərbaycanlı futbolçu Nicat Qurbanovu komandada saxlamaq istəyir.
Sportal.az-a açıqlama verən 27 yaşlı yarımmüdafiəçi hələ qərar vermədiyini deyib:
"Bir-iki məsələ var, xəbər gözləyirik. "Samtredia"dan təklif var. Qərar vermək üçün son danışıq olmalıdır. Sponsordan xəbər çıxmalıdır. Gürcüstanda çox komanda bilir ki, "Samtredia"da qalmağa qərar vermişəm. Əgər bu komandada qalmasam, başqa klubla danışıqlar apara bilərəm".
Nicat Qurbanov 8 qol, 4 assistlik performansla "Samtredia"nın yüksək liqaya çıxmasında böyük rol oynamışdı. Onun Gürcüstan klubu ilə müqaviləsi başa çatıb.
saytlarin hazirlanmasi