Roman Qriqorçuk: "Astana"dan ayrılacağım barədə məlumatım yoxdur"

19:39 - 2 Yanvar 2020

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis bu məsələnin müzakirə olunmadığını deyib:

 

"Klubla müqaviləm var. Mövsüm bitəndə klub rəhbərliyi ilə danışdıq. Bu məsələni müzakirə etmədik. Məndə bu barədə başqa məlumat yoxdur".

 

Qriqoruçuk 2018-ci ilin iyunundan "Astana"nı çalışdırır.  54 yaşlı mütəxəssisin müqaviləsi yaya qədərdir.

Xəbər xətti