Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor" klubundan ayrılan Emmanuel Adebayor karyerasını yenə Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, maliyyə problemlərinə görə müqaviləsini pozan toqolu hücumçu I Liqa təmsilçisi "Adana Dəmirspor"dan təklif alıb. 35 yaşlı hücumçu bu təklifə müsbət yanaşıb və 6 aylıq müqavilə imzalamağa razı olub.
Adebayor Türkiyədə "Başakşəhər" və "Kayserispor"da çıxış edib. Təcrübəli hücumçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi