Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "Sabah"dan ayrıla bilər.
Sportal.az "Sunderland Echo"ya istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Şotlandiyanın "Seltik" və İngiltərənin "Sanderlend" klublarının maraq dairəsindədir. Böyük Britaniya təmsilçiləri Mustafazadəni qış transfer pəncərəsində almaq istədikləri oyunçuların siyasına daxil ediblər.
"Seltik" qışda bir mərkəz müdafiəçisi almaq fikrindədir. Namizədlər arasında PSJ-nin 19 yaşlı malili futbolçusu Mussa Sissako ilə Bəhlul Mustafazadə var.
"Sanderlend" isə uzun müddətdir Bəhlulu izləyir. "Qara pişiklər" müdafiə xəttindəki problemləri azərbaycanlı futbolçu ilə aradan qaldırmaq istəyir.
"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) mübarizə aparır. Komanda 24 turdan sonra 32 xalla 23 komanda arasında 13-cü sırada qərarlaşıb.
saytlarin hazirlanmasi