Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Hamit Altıntop yığma komandanın Avropa çempionatındakı şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, yerli federasiyanın idarə heyətinin üzvü olan veteran futbolçu Bakıdakı dəstəklə uğur qazanmaq istədiklərini bildirib:
"Yaxşı qrupa düşmüşük. Açılış matçını bizim oynamağımız önəmlidir. Bu, motivasiya baxımından da vacibdir. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Ən önəmlisi komandanın inkişaf etməsidir. 6 qrupdan 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-off-a adlayacaq. İnanıram ki, kağız üzərində olduğu kimi, meydanda da qazanan tərəf biz olarıq. Arzum budur ki, millimiz bizim edə bilmədiyimizi AÇ-2020-də həyata keçirsin. Futbolçularımız daha gözəl yerlərə gəlsinlər və bizdən də yaxşı karyera qursunlar".
İtaliya, İsveçrə və Uelslə eyni qrupda yer alan Türkiyə millisi iki oyununu Bakıda keçirəcək.
saytlarin hazirlanmasi