Rüşvət qalmaqalına görə məşqçilər qovuldu

16:16 - 4 Yanvar 2020

Qana Futbol Assosiasiyası kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini vəzifəsindən uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin sonlarında federasiyanın prezidenti seçilən Kurt Okraku radikal qərarlar qəbul edib.

 

Məşqçilərinin adları rüşvət qalmaqalında hallanırdı.

 

Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi.

Xəbər xətti