İbrahimoviçin heykəlini dağıtdılar

12:55 - 5 Yanvar 2020

“Milan”a transfer olunan Zlatan İbrahimoviçin İsveçdəki heykəli vandalizmin qurbanı olub.

 

Sportal.az xəbər verir ki, bir qrup şəxs Malmö şəhərindəki heykəlin ayaqlarını kəsib. Hadisəni tərdənlər heykəlin yanına “götürülsün” sözünü yazıblar.

 

Polis həmin şəxsləri axtarmağa başlayıb.

 

İbrahimoviç İsveçin "Hammarbü" klubunun səhmlərinin bir hissəsinə yiyələnməklə yetirməsi olduğu "Malmö" azarkeşlərini qəzəbləndirib. Fanatlar daha öncə heykələ od vurub, burnunu kəsmişdilər. 

Xəbər xətti