Sabiq "Neftçi"li Slovakiya klubunda

10:10 - 7 Yanvar 2020

“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenkonun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis bundan sonra Slovakiyanın “Nitra” klubunu çalışdıracaq. 7 il sonra baş məşqçiliyə qayıdan 60 yaşlı mütəxəssisin qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulub.

 

“Nitra” 18 turdan sonra topladığı 15 xalla 12 komanda arasında 11-cidir.

 

Demyanenko 2008-ci ildə “Neftçi”nin baş məşqçisi olub. O, 2013-cü ildən çalışmırdı.

Xəbər xətti