Cənubi Azərbaycan klubunun stadionu Qasım Süleymaninin adını daşıyacaq

11:21 - 7 Yanvar 2020

İran çempionatında mübarizə aparan "Maşın Sazi"nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, Təbriz təmsilçisinin stadionu ABŞ-ın aviazərbəsi nəticəsində ölən iranlı general Sərdar Qasım Süleymaninin adını daşıyacaq.

 

Cənubi Azərbaycan klubunun stadionu daha öncə "Bonyan Dizel" adlanırdı. Arenanın azarkeş tutumu 12 min nəfərdir.

Xəbər xətti