Serbiya və Çernoqoriya millisinin sabiq hücumçusu Darko Kovaçeviç Yunanıstanda silahlı basqına məruz qalıb.
Sportal.az xəbər verir ki, keçmiş futbolçuya Afinadakı evinin yaxınlığında hücum edilib. Cinayəti törədənlər ona atəş açıb. 46 yaşlı futbol adamı ayağından yaralanıb və hadisə yerindən uzaqlaşıb. Xuliqanlar iz itirmək üçün Kovaçeviçin maşını yandırıblar.
Serbiyalı veteran "Srvena Zvezda", "Yuventus", “Latsio”, “Real Sosyedad” və "Olimpiakos" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi