Meksikanın "Monterrey" klubunun baş məşqçisi Antonio Məhəmməd klublararsı dünya çempionatda "Liverpul"a uduzduqları oyunda rəqibin baş məşqçisi Yurgen Kloppla aralarında baş verən mübahisədən danışıb.
Sportal.az xəbər verir ki, argentinalı çalışdırıcı alman mütəxəssisin hərəkətlərinə əsəbləşdiyini və onu təhqir etdiyini etiraf edib:
"Nə baş veribsə, hörmətsizlik olduğu üçün yaşanıb. Klopp tez-tez hakimlərdən sarı vərəqə istəyirdi. Çünki oyun ərzində Salahı təpiklədiyimizi düşünürdü. Mən də onun hərəkətlərindən sonra bir dəfə hakimdən sarı vərəqə istədim. Dərhal məni hakimə şikayət etdi. Bunu etdiyini görəndə güldüm, amma davam etdirdiyini görəndə əsəbləşdim. Sonra o məni tərəfə gəldi və həmin an bütün sakitliyimi, nəzakətli rəftarımı itirdim.
İndi tam olaraq nə söylədiyimi xatırlamıram. Kloppa ardıcıl ingiliscə təhqirlər yağdırdım. Çünki özümdə deyildim. Kloppa deyirdim ki, sənin fahişə anan kiminlə yatdı ki, belə biri doğuldu. Ona belə bir sözlər deyirdim. Ardınca ordan uzaqlaşdım. Çünki futbolda heç vaxt dava etməmişəm. Əsəbləşdim, çünki mənə qarşı hörmətsizlik oldu. Yaxşı və ya pis etdiyimi bilmirəm. Ancaq nə etmişəmsə, içimdən gəlib".
saytlarin hazirlanmasi