Almaniyanın III Bundesliqa təmsilçisi "Proyssen"də oynayan Azərbaycan millisinin üzvü Rüfət Dadaşov karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu II Liqa təmsilçisi "Feniks Rizinq"ə transfer olacaq. Bu barədə Münster təmsilçisinin direktoru Malte Metzelder açıqlama verib: "Bizə üzləşdiyimiz vəziyyətdə komandaya can-başla qulluq edən və 100 faiz sadiq olan oyunçular lazımdır. Təəssüf ki, Rüfət daha komandanın bir hissəsi olmaq istəmir və şəxsi ambisiyasını komanda yoldaşlarının məqsədlərindən önə çıxarıb. Son zamanlar o, bir daha klubumuzun formasını geyinmək istəmədiyini bizə dəfələrlə dedi".
Rüfət Dadaşov bu mövsüm "Proyssen"də 20 oyuna 6 qol vurub.
saytlarin hazirlanmasi