52 yaşlı hücumçu ilə yeni müqavilə

14:52 - 11 Yanvar 2020

Yaponiya millisinin sabiq üzvü Kazuyoşi Miura futboldan doymur. 

 

Sportal.az xəbər verir ki, 52 yaşlı futbolçu 2005-ci ildən çıxış etdiyi "Yokohama" klubu ilə yeni müqavilə imzalayıb. Təcrübəli hücumçu yeni müqaviləyə əsasən, daha 1 il yüksək liqa klubunun uğurları üçün çalışacaq. Yapon futbolçu bununla 35-ci mövsümünü keçirəcək.

 

Yaponiya millisinin heyətində 89 oyun keçirən Miura karyerası ərzində "Santos", "Palmeyras", "Koritiba", "Cenoa" və "Dinamo" (Zaqreb) kimi komandalarda çıxış edib. Onun fevralda 53 yaşı tamam olacaq.

Xəbər xətti