Dario Frederiko "Neftçi"dən ayrılır

16:01 - 11 Yanvar 2020

"Neftçi" braziliyalı futbolçusu Dario Frederiko Juniorla yolları ayırmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu komandanın Antalya toplanışına aparılmayıb. Bakıda qalan futbolçu özünə yeni klub axtarır.

 

Dario bu mövsüm 21 oyuna 4 qol vurub. O, ötən qış qalmaqallı şəkildə "Neftçi"dən Cənubi Koreyanın "Daequ" klubuna keçmişdi. Braziliyalı ötən yay yenidən "ağ-qaralar"a dönmüşdü.

Xəbər xətti