"Zirə"də 4 yeni əcnəbi futbolçu

17:39 - 11 Yanvar 2020

"Zirə"də 4 futbolçu baxışdadır.

 

Sportal.az xəbər verir ki, müdafiəçilər - Ali Sisayla Yovan Krneta və yarımmüdafiəçi Castin Jozef komandada baxışdan keçir.

 

Ali Sisay "Arsenal" və "Lester Siti"nin akademiyalarında futbolun sirrlərini öyrənib. 25 yaşlı müdafiəçinin son klubu Bolqarıstan təmsilçisi "Arda"dır.

 

Yovan Krneta isə 2015-2018-ci illərdə "Zirə"də çıxış edib. 27 yaşlı serbiyalı müdafiəçi Yunanıstanın "Levadiakos" klubundan ayrılıb.

 

18 yaşlı seneqallı Castin Jozef isə dayaq yarımmüdafiəçisidir.

 

Bundan əlavə moldovalı müdafiəçi Artyom Rozqonyuk da "qartallar"da baxışdadır. 24 yaşlı futbolçu Moldova millisinin üzvüdür.

Xəbər xətti