Fərid Nəbiyev Çexiyada klubunu dəyişdi - debütündə het-trik etdi

18:40 - 11 Yanvar 2020

"Slaviya"da çıxış edən Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.

 

Sportal.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi II Liqa təmsilçisi "Viktoriya Jijkov"a keçib. Fərid yeni klubu ilə 2,5 illik müqavilə bağlayıb.

 

Nəbiyev yeni komandasında debüt etmək imkanı qazanıb. O, "Çeske Budeyovitse" ilə keçirilən yoxlama görüşündə 3 qol vurub. Qarşılaşma "Viktoriya Jijkov"un 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Viktoriya Jijkov"da "Qəbələ"nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.

Xəbər xətti