"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə qonşu ölkəyə yollanıb.
Sportal.az xəbər verir ki, komanda ara vermədən ilk gündə məşqə çıxıb. Futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən futbolçumuz Dani Kintana hazırlıq prosesində yer almayıb.
Komanda sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.
saytlarin hazirlanmasi