"Yeni Malatyaspor"un yarımmüdafiəçisi Qilyerme Kosta Markesin "Beşiktaş"a transferi baş tutmayıb.
Sportal.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçunun agenti Marselo Robalinyo məlumat verib: "Beşiktaş"la Türkiyə Futbol Federasiyasının qoyduğu limitə görə anlaşmadıq. Qilyerme "Yeni Malatyaspor"da oynamağa davam edəcək".
TFF-in qoyduğu limitə əsasən, "Beşiktaş"ın 2 milyon TL (350 min avro) transfer büdcəsi var.
Qilyerme müqavilə ilə İtaliyanın "Benevento" klubuna məxsusdur. O, mövsümün ilk yarısında 17 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi