Rumıniya millisinin keçmiş futbolçusu Adiran Mutunun yeni işyeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Rumıniyanın U-21 millisinin baş məşqçisi təyin edilib.
Mutu son olaraq, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klubunun əvəzedici komandasını çalışdırıb.
Mutu "İnter", "Verona", "Çelsi", "Yuventus", "Fiorentina", "Çezena", "Parma" kimi klublarda oynayıb. O, Rumıniya millisində 73 oyuna 33 qol vurub.
saytlarin hazirlanmasi