"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda toplanışın altıncı gününü tək məşqlə başa vurub. Yerli vaxtla saat 17:30-da start götürən məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra toplu məşqlər edən oyunçular taktiki çalışmalarla məşqi yekunlaşdırıb.
Ağdam klubu bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə 18:00-da start götürəcək matçda "Qarabağ" Rumıniyanın "Akademika Klinçeni" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi