"Qarabağ" hücumçu almağa hazırlaşır.
Sportal.az xəbər verir ki, Ağdam klubu İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunun keçidində anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.
Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.
Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi