“Qarabağ”ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az seriebnews.com-a istinadən xəbər verir ki, mərakeşli müdafiəçi ilə B Seriyasında mübarizə aparan “Benevento” və “Krotone” klubları maraqlanır. Fransanın II Liqa təmsilçisi “Lans” və Türkiyə Super Liqasında yarışan “Rizəspor” da 26 yaşlı futbolçunu transfer hədəfinə alıb.
“Qarabağ”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Rerrarsın “Benevento”ya keçməyə daha yaxın olduğu vurğulanıb.
Faysal 2019-cu ilin yayında “Qarabağ”la 2 illik müqavilə imzalayıb. O, ağdamlılarda 9 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi