Kresponun yeni iş yeri müəyyənləşdi

15:09 - 26 Yanvar 2020

Argentinalı mütəxəssis Ernan Kresponun yeni işi məlum olub.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı çalışdırıcı ölkəsinin yüksək liqasında çıxış edən "Defensa və Xustisiya" klubunun baş məşqçisi təyin edilib.

 

Məşhur veteran futbolçu daha öncə İtalyanın "Modena" və Argentinanın "Banfild" komandalarının baş məşqçisi olub.

Xəbər xətti