Əliyar Ağayev Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisinin rəhbərlik etdiyi hakimlər briqadası 22-ci tur çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qarşılaşma fevralın 2-si saat 21:30-da baş tutacaq.
saytlarin hazirlanmasi