"Kayserispor"dan ayrılan Emmanuel Adebayor Azərbaycan və Qazaxıstan klublarına təklif edilib.
Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçuya Türkiyənin I Liqasında mübarizə aparan klublar da maraq göstərir.
Adebayorun müqavilə şərtlərini Azərbaycandakı klubların qarşılamayacağını nəzərə alsaq, bu keçidin reallaşacağı inandırıcı görünmür.
Təcrübəli hücumçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas", "Başakşəhər", "Kayserispor" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi