Daha bir ulduz Paraqvaya yollanır

16:52 - 12 Fevral 2020

Fil Dişi millisinin sabiq üzvü Yaya Ture karyerasını Paraqvayda davam etdirəcək.

 

Sportal.az "Fox Sports"a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Çində yayılan koronavirusa görə Çindao Haynyu” klubundan ayrılmağa qərar verib.

 

Tureyə Paraqvayın "Libertad" klubu təklif göndərib. Təcrübəli futbolçu bu təklifi qəbul edib.

 

Ture "Olimpiakos"da parladıqdan sonra "Monako", "Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmişdi.

 

Daha öncə toqolu hücumçu Emmanuel Adebayor Paraqvayın "Olimpiya" klubuna keçmişdi.

 

Xəbər xətti