FIFA (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) və FIFPro (Beynəlxalq Futbolçular Birliyi) maaş problemi ilə üzləşmiş oyunçulara dəstək fondu yaratmaq barədə razılaşma əldə edib.
Sportal.az xəbər verir ki, FIFA 2022-ci ilə qədər fonda 16 milyon dollar ayıracaq.
FIFA və FIFPro nümayəndələrindən ibarət monitorinq komitəsi yaradılacaq. Komitə futbolçuların müraciətləri üzərində işləyəcək.
saytlarin hazirlanmasi