Məhəmməd Salah Tokio-2020-də?

18:10 - 13 Fevral 2020

"Liverpul"un hücumçusu Məhmməd Salah Tokio Yay Olimpiya oyunlarında iştirak edəcək Misirin futbol millisi  ilə yarışlara qatıla bilər.

 

Sportal.az xəbər verir ki, U-23 yığmasının çalışdırıcısı Şaqki Qərib ulduz futbolçunu heyətdə görmək arzusunda olduğunu gizlətməyib:

 

"Salahla indiyənə qədər görüş olmayıb. Ancaq Tokioda bizimlə olmasını istəyirik. Onun bu təklifi qəbul edəcəyini düşünmürəm. Amma qəbul etsə, "Liverpul"u razı salmalıyıq".

 

Qaydalara əsasən, olimpiya oyunlarda futbol yığmalarının heyətində yaşı 23-dən yuxarı olan yalnız 3 futbolçu turnirə qatıla bilər. Tokio-2020-də futbol yarışları iyulun 23-dən avqustun 8-dək davam edəcək.

Xəbər xətti