"Başakşəhər"lə icarə müqaviləsi ləğv edilən Arda Turanın adı Yaponiyanın "Urava Reds" klubu ilə hallanıb.
Sportal.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "TRT Spor"a açıqlamasında yayılan iddianı təkzib edib: "Mən "Barselona"nın futbolçusuyam. Hansısa klubla danışıq aparmıram".
Türkiyə mətbuatı müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın Yaponiya klubuna keçmək ehtimalının olduğunu yazmışdı.
33 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi mövsümün sonunda bitəcək.
saytlarin hazirlanmasi