APOEL-in müdafiəçisi Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri oyunda geyindiyi formanı klubun muzeyinə bağışlayıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı yunan müdafiəçi buna görə qürurlu olduğunu deyib:
“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.
Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Kipr klubu "Sevilya" ilə birgə mərhələ adlamağı bacarmışdı.
saytlarin hazirlanmasi