“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqanın XVII turunun “Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun kollektivi rəqibin qapısından 6 cavabsız top keçirib.
Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.
Öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.
saytlarin hazirlanmasi