Yaya Ture Braziliya klubuna keçə bilər

14:52 - 19 Fevral 2020

Fil Dişi millisinin sabiq üzvü Yaya Ture karyerasını Braziliyada davam etdirə bilər.

 

Sportal.az "UOL Esporte"yə istinadən xəbər verir ki, Çində yayılan koronavirusa görə "Çindao Haynyu” klubundan ayrılmağa qərar verən 36 yaşlı yarımmüdafiəçi Braziliya B Seriya təmsilçisi "Botafoqo"nun transfer hədəfindədir. Məlumata görə, klub 3 ay futbolsuz qalan təcrübəli oyunçu ilə bağlı yaxın günlərdə qərar verəcək.

 

Ture "Olimpiakos"da parladıqdan sonra "Monako", "Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmişdi.

 

Daha öncə yaponiyalı Keysuke Honda "Botafoqo"ya keçmişdi.

Xəbər xətti