Bu gün Premyer Liqada 18-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk gün 2 oyun keçirilib. Tura Qəbələdə start verilib. Yerli komanda "Neftçi"ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə isə "Zirə" "Keşlə"nin qonağı olub və 0:4 hesabı ilə uduzub.
22 fevral (şənbə)
“Qəbələ” – “Neftçi” - 0:2
Qollar: Anton Krivotsyuk, 8, Baqali Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 15:00
“Keşlə” – “Zirə” - 4:0
Qollar: Şahrux Qadoyev, 20, 71, Vüsal İsgəndərli, 45, Pərviz Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 17:00.
saytlarin hazirlanmasi