Qış transferi pəncərəsi zamanı adı "Qarabağ"la yanaşı çəkilən Xoni Montielin transferiniin alınmamasının səbəbi bəlli olub.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Qranada"nın 21 yaşlı futbolçusu Ağdam klubundan təklif alsa da, bunu geri çevirib. Səbəb onun Azərbaycan çempionatında oynamaq istəməməsi olub.
Montiel Premyer Liqanın səviyyəsinin aşağı olduğunu əsas gətirərək bura gəlməkdə maraqlı olmayıb.