Rayan Giqqz Bakı Olimpiya Stadionunda - FOTOLAR

00:59 - 25 Fevral 2020

Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri Yan Hyuz, Təhlükəsizlik departamentinin rəisi Qrant Eşton Briqqz və kit menecer Devid Tüdor Qriffithsin daxil olduğu nümayəndə heyəti fevralın 24-də stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.

 

Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi R.Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.

 

Daha sonra Avro-2020 ilə əlaqədar yaradılmış Yerli Təşkil Komitəsinin ofisində qonaq olan R.Giqqz, ardınca Könüllülər Mərkəzində könüllülərlə görüşüb.

 

Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

 

Xəbər xətti