Koronavirusa görə 7 oyun təxirə salındı

11:54 - 25 Fevral 2020

Yaponiyanın J1 futbol liqasında fevralın 26-da keçirilməsi planlaşdırılan 7 oyun ləğv edilib.

 

Sportal.az xəbər verir ki, koronavirus epidemiyasının sürətlə yayılması buna səbəb olub. Çempionatın rəhbərliyi mart ayına qədər futbol oyunlarını təxirə salmağı planlaşdırır.

 

Yaponiyada 4 insan koronavirusdan vəfat edib. Ölkənin paytaxtı Tokioda iyulun 24-dən avqustun 9-na qədər olimpiada keçiriləcək.

Xəbər xətti