Ukrayna millisinin üzvü futboldan uzaqlaşdırıldı

10:53 - 26 Fevral 2020

UEFA Ukraynanın "Dinamo" klubunun futbolçusu Artyom Besedini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, Kiyev klubunun hücumçusunun qanında dopinq aşkarlanıb. Bu səbəbdən 23 yaşlı futbolçu bir il futboldan uzaqlaşdırılıb.

 

“Dinamo”nun cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

 

Ukrayna millisinin üzvü bu mövsüm Premyer Liqada 13 oyunda 8 qol vurub.

Xəbər xətti