Yığmanın baş məşqçisinin müqaviləsi uzadıldı

11:22 - 26 Fevral 2020

İsveçrə Futbol Federasiyası yığmanın baş məşqçisi Vladimir Pektoviçin müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki yeni sözləşmə DÇ-2022-nin sonuna kimi nəzərdə tutulub. İsveçrə millisi Qətərdə keçiriləcək mundiala vəsiqə qazana bilməsə, müqaviləyə erkən xitam veriləcək.

 

56 yaşlı mütəxəssis 2014-cü ildən İsveçrə millisini çalışdırır.

Xəbər xətti