UEFA koronavirusun yayılması ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, qurum Avropa çempionatının proqramında dəyişikliyə ehtiyac olmadığını bəyan edib: "AÇ-2020 iyunun 12-də İtaliyada başlayacaq. Turnirlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Bu məsələni yaxından izləyirik".
Romadakı açılış matçında İtaliya və Türkiyə milliləri qarşılaşacaq.
AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup, 1-i 1/4 final mərhələsinin oyunları olacaq.
saytlarin hazirlanmasi