İngiltərə Premyer Liqa 2-də 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem"li həmyaşıdlarına 2:3 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib.
“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi