Küveytdə bütün idman yarışları 2 həftəlik təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna koronavirus epidemiyasının sürətlə yayılması səbəb olub. Virus səbəbindən ölkənin əsas futbol liqasındakı oyunlar 2 həftə baş tutmayacaq.
Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl Salmiyə" klubunda çıxış edir. Onun komandası 14 turdan sonra 26 xalla 3-cüdür. 25 yaşlı yarımmüdafiəçi komandanın aparıcı simalarından biridir.
Ötən gün Asiya Çempionlar Liqasının oyunları təxirə salınmışdı.
saytlarin hazirlanmasi