"Qarabağ"ın futbolçusunun qaşı partladı - FOTO

21:20 - 8 Mart 2020

"Qarabağ" Premyer Liqanın 20-ci turunda "Keşlə"ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Xayme Romero qarşılaşmada xəsarət alıb. İspan futbolçunun rəqiblə mübarizə zamanı qaşı partlayıb.

 

29 yaşlı oyunçu son durumunu sosial şəbəkədə paylaşıb. "Üzümə toxundular, görək, nə edəcəm. Hazırkı vəziyyətim", -  vinger qeyd edib.

 

Xəbər xətti