"Beşiktaş"ın qapıçısı Loris Karius mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Liverpul"a qayıdacaq. Bu səbəbdən də İstanbul təmsilçisi qapıçı axtarışına çıxıb.
Sportal.az xəbər verir ki, "qara qartallar" I Liqa təmsilçisi Ərzurumspor"un qapıçısı İbrahim Şehiçi hədəfə alıb. Bosniyalı qolkiperin agenti Fatih İlek 31 yaşlı əlcək sahibinin Super Liqanın böyük klublarından təklif aldığını mətbuata açıqlayıb.
Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.
saytlarin hazirlanmasi