"Oleksandriya"nın futbolçusu Pavel Paşayev Urayna Premyer Liqasında 200-cü oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü üçün 22-ci turda Kiyev “Dinamo”suna qarşı görüş (1:3) yubileylə əlamətdar olub.
32 yaşlı müdafiəçi “Oleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq” və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat oyununa çıxıb.
Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.
saytlarin hazirlanmasi