AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda 2 qərar qəbul olunub.
1. “Zirə” Peşəkar Futbol Klubunun verdiyi apelyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə 15 fevral 2020-ci il tarixində, Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.
saytlarin hazirlanmasi