Rusiya 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Kamran Əliyevin çıxış etdiyi “Ximki” evdə “Tomsk”a 3:0 hesabı ilə qalib gəlib.
Kamran 72-ci dəqiqədə meydana daxil olub. Azərbaycanın U-20 millisində oynamış 21 yaşlı hücumçu bu mövsüm 10 qol vurub.
“Ximki” 26 turdan sonra 53 xalla 1-2-ci pillələri bölüşür.
saytlarin hazirlanmasi