Avropa çempionatı təxirə salınır? - federasiyalar UEFA-ya müraciət etdi

17:08 - 10 Mart 2020

Avropa çempionatında iştirak edəcək bəzi futbol ölkələrinin federasiyaları UEFA-ya turnirin təxirə salınması ilə bağlı müraciət edib.

 

Sportal.az xəbər verir ki, federasiyalar koronavirusun sürətlə yayılmasına görə qitə qurumundan çempionatın müvəqqəti təxirə salınmasını istəyib.

 

Federasiyalar Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir. İddiaya görə AÇ-2020 payızda və ya gələn il keçirilə bilər.

 

UEFA-nın prezidenti Aleksandr Çeferin isə turnirin startına görə vəziyyətin stabilləşəcəyinə ümid edir.

 

Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti