UEFA Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin təxirə salınmasını federasiyalarla müzakirə edəcək.
Sportal.az xəbər verir ki, qitənin ali qurumuna daxil olan 55 federasiya martın 17-də videokonfransda bir araya gələcək.
İclasa daxil edilən məsələlər:
1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;
2. AÇ-2020 iyunda deyil, sentyabrda start götürsün;
3. AÇ-2020-nin şəhərləri dəyişdirilsin;
4. AÇ-2020-nin oyunları azarkeşsiz keçirilsin.
Ehtimallara görə, turnir 2021-ci ilə təxirə salınacaq. Lakin UEFA-nın bu qərarı verməmişdən öncə FIFA ilə danışıq aparmalıdır. 2022-ci ildə dünya kubokundan öncə qitə çempionatının keçirilməsi təqvimi alt-üst edə bilər.
Avropa çempionatında 4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.
Bundan əlavə, klubların şikayətindən sonra UEFA Çempionlar Liqası və Avropa Liqasını dayandıracağını bəyan edəcək.
saytlarin hazirlanmasi