Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu Birləşmiş Ərəb Əmirlikləri liqasının 19-cu turunda "Əl-İttihad Kalba"nı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma "Baniyas"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Almeyda start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.
“Baniyas” 23 xalla turnir cədvəlində 9-cudur.
saytlarin hazirlanmasi